Türkiyənin Bolu bölgəsində dəhşətli hadisə baş verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, meşədə 71 yaşlı kişinin parçalanmış cəsədi tapılıb.
Qısa zamanda ölənin kimliyi məlum olub.
Belə ki, 71 yaşlı keçmiş aşpaz Zeki Öztürk göbələk toplamaq üçün meşəyə gəlib. Yaxınları bir müddət ondan xəbər tuta bilmədiyi üçün axtarışa başlayıblar. Köməyə kənd camaatı da gəlib. Kəndlilər keçmiş aşpazın meşədə üzü parçalanmış vəziyyətdə və qanlar içərisində cəsədini tapıb. Dərhal jandarmaya xəbər verilib.
Hadisənin baş verdiyi yerdə ayının ayaq izlərinə də rast gəlinib.