Kanadanın Ontario bölgəsində naməlum şəxs milli "Lotto Max lotereyasında 31,3 mln. ABŞ dolları udub. 
Unikal.org-un "RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə lotereya təşkilatçılarının açıqlamasında bildirilir.
Lotereya oyunu zamanı daha 1 bilet 347 min dollar, 101 bilet isə 3 min dollardan yuxarı uduş qazanıb. Uduşların ümumi məbləği 40 mln. dollar olub.