Suriyada Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Su-24 bombardmançı təyyarəsi qəzaya uğrayıb.

Unikal.org "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə təyyarə Hmeymim aviabazasından havaya qalxarkən baş verib. Təyyarə uçuş-enmə zolağından kənara çıxaraq parçalanıb. Pilotlar katapult etməyə imkan tapmayıblar. Hər iki pilot ölüb.