İslamçılara "Ədalət" partiyasından mesaj
İslamçılara "Ədalət" partiyasından mesaj

"Din dövlət işlərinə müdaxilə etməməlidir"

İslam dininə bağlı vətəndaşların aktiv siyasətlə məşğul olmalarına münasibət bildirən Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun sözlərinə görə, "Azərbaycan Konstitusiyasına görə hər bir vətəndaşin siyasi fəaliyyətlə məşğul olmaq huququ var, o cümlədən də inanc sahiblərinin.

Mən dəfələrlə bəyan etmişəm ki, kamil, dərin əxlaq və mənəviyyat sahibi olan inanc sahibləri cəmiyyətimizə işiq qətirir və dovlətimizin dayağıdırlar. Kamil inanc sahiblərinin təfəkkürlərində şəhidlik anlayışı var və onlar Vətən uçün canlarından belə keçməyə hazırdırlar, bunun bariz nümunəsi kimi şəhidimiz Mübariz İbrahimovu göstərmək olar. Qarabağda şəhid olanlar icərisində inanc sahibləri də çox idi. Odur ki, kamil inanc sahiblərinin siyasətlə məşğul olmaq hüququ var, onlar bu hüquqdan istifadə edib müxtəlif siyasi firqələrdə təmsil olunurlar. Yeri gəlmişkən, Ədalər Partiyasında da iman sahibləri var. Azərbaycan Konstitusiyasına görə dünyəvi dövlətdir. Hər bir vətəndaşın da dini etiqad azadlığı var. Bunu heç kim inkar edə bilməz. Amma eyni zamanda Azərbaycan Konstitusiyasında dinin dövlətdən ayrı olduğu da təsbit olunub. Qeyd edim ki, bu prinsip təkcə bizdə yox, bir çox müsəlman ölkələrində mövcuddur. Daha çox da dinin dövlət işlərinə müdaxilə etməməsini nəzərdə tutur. Yəni, dövlət dinə sərbəstlik verir və mövcud qanunlara əsasən, vətəndaşların dini hüquqlarının qoruyucusu rolunda çıxış edir.
Ona görə də hesab edirəm ki, dövlət-din münasibətləri Konstitusiyada göstərilən müddəalar əsasında qurulmalıdır.
Bunu ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar və siyasətlə məşğul olmaq istəyən bütün şəxslər nəzərə almalıdırlar. Əgər İslam Partiyası Konstitusiyanı rəhbər tutursa və orada olan insanlar da Əsas Qanunun müddəalarına əməl edirlərsə, onların fəaliyyət göstərmələri üçün heç bir maneə görmürəm".
Partiya sədri hesab edir ki, "Yaradan buyurub ki , İman Mənim sevdiyim bəndələrimə bəxşimdir. Allah istəsə hamı iman sahibi olar. Möhtəşəm "Ayatul kursi"də də buyurulub ki, dində məcburiyyət yoxdur. Buna görə hesab edirəm, İslam şuarlarda yox, insanların daxili aləmlərində və həyat tərzlərində olmalıdır. Təbii, bizlər də İslamın kamil, işiqlı dəyərlərini təşviq etməliyik. Ədalət Partiyası ictimai həyatın bütün sahələrində ümumdövlət maraqlarından qaynaqlanan, müxtəlifliyin üstünlüyünü nəzərdə tutan plüralizmi qəbul edir. Çünki plüralizm cəmiyyətin hər bir üzvünə, qrupuna özünütəsdiq, məqsəd və maraqlarını həyata keçirmək üçün bərabər imkanlar yaratmaqla, bərabər hüquqlar verməklə ictimai inkişaf və tərəqqinin mənbəyi kimi çıxış edir. Bunları da nəzərə almaqla bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərən; vətəndaşları tərəfindən seçilmiş dünyəvi dövlət quruluşuna hörmətlə yanaşan partiyaların hamısının, o cümlədən İslam Partiyasının da fəaliyyətinə normal baxıram".
İlyas İsmayılov Azərbaycan-İran mübnasibətlərinə toxunarkən deyib:
"Hesab edirəm ki, Azərbaycan təkcə İranla yox, bizimlə düşmənçilik edən Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə normal, mehriban, qarşılıqlı inama və hörmətə əsaslanan münasibətlər qurmalı və bunda maraqlı olmalıdır. Eyni zamanda qonşularımız da həmin niyyətdə olub bizlərə yuxarıdan aşağı baxmamalıdırlar. İkincisi, inanmıram ki, hakimiyyət İranla münasibətləri şüurlu şəkildə gərginləşdirsin. Təbii, qarşılıqlı qıcıq doğuran məsələlər var. Məsələn, heç kimə sirr deyil ki, İran Azərbaycanın müstəqil, çoxşaxəli siyasətindən narahatdır. Azərbaycanda isə çoxları İranda yaşayan azərbaycanlıların vəziyyətindən, Xəzərin hüquqi statusunun qeyri-müəyyənliyindən, İranın işğalçı Ermənistana ən müxtəlif sahələrdə yardım etməsindən narahatdırlar. Xüsusən sonuncu - İranın Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yürüdən Ermənistanla dostluq münasibətləri qurması və hərdən bunun nümayişkaranə şəkildə gözə soxulması doğrudan da başadüşülən deyil - İslam dəyərlərinin daşıyıcısı olduğunu bəyan edən dövlətin bu siyasəti həm həmin dəyərlərə ziddir, həm də həmin missiyanın özünü ciddi şübhə altına alır. Niyə xristian dünyası Qarabağ məsələsində ermənilərlə əlbirdir, müsəlman İransa bizi təhdid etməklə yanaşı hətta düşmənlərimizə dəstək verir? Belə addımların mahiyyəti müqəddəs Quranımızda izah olunub. Bununla belə, bunlar müzakirə edilə və həll oluna bilən problemlərdir. Yeri gəlmişkən, bu yaxınlarda İran prezidenti Azərbaycanın dövlət başçısına dəvət məktubu göndərib və bizim prezident də həmin dəvəti qəbul edib. Yəqin ki, görüşərkən dövlət başçıları mövcud mübahisəli məsələləri də müzakirə edib, müəyyən razılığa gələcəklər.
Qaldı hakimiyyətin 2013-cü ildə guya islam amilini qabartmaqla Qərbin dəstəyini almaq istəməsi, bu da inandırıcı deyil. Ən azı ona görə ki, prezident kürsüsünə iddialı olan hər bir kəs vətəndaşlarının dəstəyini qazanmalıdır. Xalqın dəstəyini qazanmış şəxsi hamı qəbul edir".
Onun fikrinə görə, "Ədalət Partiyası Azərbaycan dövlətçiliyini qoruyan, ərazi bütövlüyümüz uğrunda vuruşan, qanunun aliliyi prinsipi ilə fəaliyyət göstərən, Vətəninin gələcəyi üçün çalışan, ümümmilli məsələləri qrup maraqlarından üstün tutan bütün qüvvələrlə səmimi əməkdadaşlığa hazırdır. AİP tərəfindən heç kim əməkdaşlıq təklifiylə bizə müraciət etməyib. Eyni zamanda AİP-in əsl hədəfləri bizə tam aydın deyil. İslam Partiyası da cəmiyyətimizin müəyyən bir kəsimini təmsil edir, deməli, bu həm də onların haqqıdır.
Bununla yanaşı, bir çox məsələlərlə bağlı İslam Partiyasının mövqeyi, şəxsən mənim özüm üçün də qaranlıqdır. Ona görə də yaxşı olardı ki, partiya rəhbərliyi deyilənləri nəzərə alıb, bu streotipləri dağıtmaq barədə də düşünsün. Onda heç indiki sualların çoxuna cavab axtarmağa ehtiyac da qalmayacaq".

Hadi