Koreya Xalq Demokratik Respublikası Krım yarımadasını Rusiya Federasiyasının regionu kimi tanıyıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə oktyabrın 12-də Rusiyanın KXDR-dəki səfirliyi məlumat yayıb.
Səfirliyin məlumatında bildirilir ki, respublika yarımadanın Rusiya Federasiyasının tərkibinə keçməsi barədə Krımda keçirilən referendumun nəticələrinə hörmətlə yanaşır: "KXDR hesab edir ki, ümumxalq səsvermə beynəlxalq normalara uyğun keçirilib. Rəsmi Pxenyan bu məsələ ilə bağlı öz mövqeyini BMT-də səsvermə zamanı bildirib".