İraqda İŞİD-dən xilas edilən və orada uşaq evində saxlanılan 4 yaşlı Abdulla ötən axşam Azərbaycana gətirilib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Unikal.org-a bildirib ki, Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşının müşayiəti ilə Abdulla adlı uşağın Azərbaycana gətirilməsi təmin olunub.
Hikmət Hacıyev digər azərbaycanlı uşaqların da müəyyənləşdirilməsi və vətənə gətirilməsi üzərində iş aparıldığını deyib: "Uşağın ölkədən çıxarılması üçün ilk olaraq identifikasiya işləri aparılmalıdır. İraq hökumətinin sənədləşdirməsi və razılaşdırması olmalıdır.
***09:02
İraqdakı uşaq evlərindən birinə gətirilmiş 4 yaşlı azərbaycanlı Abdulla və bacısı Xədicə Azərbaycana gətirilib.
Unikal.org xəbər verir ki, bu haqda məlumatı virtualaz.org yayıb. Sayt bildirib ki, uşaqlar Xarici İşlər Nazirliyinin xətti ilə gətirilib.
Xatırladaq ki, ilkin ehtimala görə, İŞİD-ə qoşulan Xədicə ilə Abdullanın valideynləri öldürülüblər.