Bakıda 77 yaşlı anasını zorlamaqda təqsirləndirilən 46 yaşlı Telman Yusubov bir neçə ildir ki, marşrut sürücüsü imiş.
Dəfələrlə həbsdə yatmış və ruhi əsəb poliklinikasında qeydiyyatda olan T. Yusifov son günə kimi 202 nömrəli avtobusu idarə edib. Təqsirləndirilən şəxs özü də bildirib ki, psixi problemləri var və içki qəbul edəndə özündə olmur.
İctimai nəqliyyatda aparılan optimallaşdırılma işləri ilə əlaqədar dəfələrlə daşıyıcı şirkətlərə xəbərdarlıqlar olunsa da, hələ də sürücülük vəsiqəsi olmayan, məhkum şəxslərin bu işə cəlb olunma hallarına rast gəlinir.Bəs daşıyıcı şirkətlər sürücünü işə götürərkən sözügedən nüanslara fikir verir? Yaşanmış hər hansı bir xoşagəlməz hallarda hansı qurum məsuliyyət daşıyır?"
Unikal.org xəbər verir ki, qafqazinfo suala cavab almaq üçün Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevlə əlaqə saxlayıb. M. Ağayev də etiraf edib ki, bu kimi şəxslərin ictimai nəqliyyat şəbəkəsində çalışması heç bir məntiqə uyğun deyil:"Lakin bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, sərnişin avtobuslarında, marşrut xətlərində sürücülərin işəgötürülməsi, onlarla əmək münasibətlərinin tənzimlənməsi Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilmir. Bu hala birbaşa daşıyıcı şirkət cavabdehdir. Sürücülərin işəqəbulundakı bu kimi xoşagəlməz halları aradan qaldırmaq üçün peşəkar sürücülərin toplaşdığı məlumatlar bazasını hazırlamağa çalışırıq. Hazırda bu istiqamətdə iş aparılır. Bundan başqa, 3 mindən çox sürücünün cəlb olunduğu sürücü təlim bazası yaradılıb. Daşıyıcılar tərəfindən işə götürülən bütün sürücülər təlimlərə cəlb olunur. Çox təəssüf ki, bu kimi hallar baş verdiyi zaman Agentliyin daşıyıcı şirkətə hər hansı bir cərimə tətbiq etmək kimi bir səlahiyyəti yoxdur. Ancaq biz hər zaman daşıyıcıların qarşısına sürücüləri işəgötürən zaman mütləq şəkildə sağlamlıq durumları, psixoloji vəziyyətlərini diqqət etmələrini əsas tələb olaraq qoymuşuq. Lakin nəzərə almaq lazımdır ki, BNA 2 ildir ki, fəaliyyət göstərir, ancaq sürücülər illərdir ictimai nəqliyyat şəbəkəsində çalışırlar.
Müntəzəm olaraq 202 marşrut avtobusundan istifadə edən Günay Həsənova yazır:"Mən də həmişə düşünürdüm ki, 202 nömrəli avtobuslar niyə belə aqressiv idarə olunur. Sürücülər əvvəlcə tibbi yoxlanışdan keçirilməlidir, həyatımız təhlükə altında qalır. Narkomana, ruhi xəstəyə belə bir iş tapşırmaq olar? İşdən gec vaxtda çıxıb evə qayıdıram, indi necə etibar edib avtobusa minəsən?