Dünən axşam saatlarında metronun "İçərişəhər stansiyasının yaxınlığında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb.
Unikal.org Moderator.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisindəki çayxanalardan birində baş verib.
Məlumata görə, 5 nəfər ona hücum edib. M.Mədətov bədəninin bir neçə yerindən, xüsusən də üz və qulaq nayihələrindən bıçaq zərbəsi alıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, M. Mədətov mərhum dövlət başçısı Heydər Əliyevin prezidentliyinin ilk dönəmlərində onun mühafizəçisi olmuş, ardından Nizami rayonu 23-cü polis bölməsinin rəisi olub.
O, Cinayət Məcəlləsinin 149-cu (zorlama) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunaraq 2005-ci ildə 13 il müddətinə aadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun cəzasını 11 ilə endirib. 2011-ci ildə isə Azərbaycan prezidentinin əfv fərmanı ilə azadlığa çıxıb.
Yenicag.az xəbər verib ki, Müşfiq Mədətov "Qarabağın futbolçusu Mahir Mədətovun əmisidir.