Bir müddət öncə Bodrumda yaxtada qardaşı qızı ilə öpüşərkən şəkilləri çəkilən aparıcı və aktyor Murad Başoğlunun keçmiş həyat yoldaşı Hande Bermak mətbuata danışıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hande həyatının ən çətin anlarını yaşadığını söyləyib:

"Başımıza gələnlər bizə bizə təcrübə qazandırır. Çox çətin bir müddətdir. Burcu ilə Murad arasında romantik münasibət yoxdur. 
Amma ortada görünən vəziyyətə görə, Muradla Burcu uzun müddətdir sevgilidir və fotolarla hər şey aşkara çıxıb. 

Mən də buna görə boşandım. Həmin fotoların ancaq bir-ikisi Muradla Burcudur. Qalanları məlum deyil. Muradla Burcunun arasında sevgi hissləri yoxdur. Mən bu məsələylə bağlı qərarı qanun verəcək deyib, susuram. 

Burcu ilə münasibətimiz hər zaman yaxşı olub.

Hadisəni ilk öyrənəndə fikir vermədim, hərkəs məni qınadı. Hər kəs hər şeyi yaşaya bilər. Murada inanıram.

Hələ də fotolara inana bilmirəm. Həm də artıq boşandım. Ər-arvad münasibətimizə son qoydum. 

Murad bundan öncə də məni başqasıyla aldatdı. Boşanmanın nəticəsi də belə bir şeydir. İnsan yanlış addım ata bilər. Amma bu səhvin təkrarı başqadır. Murad məni yox, özünü aldatdı. Bunun da cəzasını çəkəcək. Murad məni, mən də onu sevirəm. Lakin münasibətimiz bitdi".