ATV-də "Xanımlar və cənablar devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.

Unikal.org xəbər verir ki, bu dəfəki SMS səsverməsinə aktrisa Tünzalə Əliyeva çıxıb. O öz rəqibini açıqlamasa da, müğənni Talıb Tale hədəfedə olduğunu güman edərək, Tünzalə xanımın getməsinə səs istəyib.

Qeyd edək ki, tamaşaçılar səsvermədə aktrisa Tünzalə Əliyevaya 45,81% səslə qalsın, 54,19% getsin dəyərək səs verdilər. Bununla da aktrisa yarışmanı tərk etdi.