Müğənni Mətanət Əsədova "5/5 verilişində ona hədiyyə edilən avtomobillərdən danışıb.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, müğənni aparıcı Zaur Kamalın "Deyirsən mənə maşınlar hədiyyə ediblər. Markaları nə olub sualına belə cavab verib:
"Mənə "Range Rover, "X5lər, "Q7, "Mercedes, "Passat veriblər. Maşın hədiyyələrini pis yerə yozmayın. Onlar arasında xanımların da bağışladığı hədiyyələr olub.
M.Əsədova geyimlərinə xərclədiyi puldan danışıb:
"Bu günə kimi ən bahalı paltara 12 min vermişəm. Əynimdəki bu paltarı isə dostum hədiyyə edib, 3 min dollardır (təxminən 5100 manat).
Müğənni bildirib ki, səsi batsa, yemək bişirərək pul qazanacaq:
"Çörək alamğa, bazarlığa özüm gedirəm. İnsan ev də təmizləyər, yer də silər. Sabah səsim batsa, dizaynla və yemək bişirməklə məşğul olaram. Hətta bir dəfə gecə çörək almağa getdim. Saat 4-də xanımlar işləyirdi. Biri yuxulu idi, başladım onlara kömək etməyə. Çörəkləri təndirə yapdım. Mən bir həyatam. Həyat mənimlə başlayır.