"Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse-Prezident Mehriban Əliyevanın köməkçisi Anar Ələkbərov zəng vurdu. O, Mehriban xanımın mənə üçotaqlı mənzil hədiyyə etməsi barədə xəbəri çatdırdı".
Unikal.org xəbər verir ki, bunu "Report"a açıqlamasında xalq artisti Könül Xasıyeva deyib.
O bildirib ki, tam təmirli mənzil Heydər Əliyev prospektində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir:
"Mənzilin Heydər Əliyev prospektində və Heydər Əliyev Mərkəzinin yaxınlığında olması mənə xüsusilə çox xoş oldu. İndi bircə arzum qalıb. Bu mənzildə bəzənim, gedəm Heydər Əliyev Sarayında konsert verəm. Allah ulu öndərimizə rəhmət eləsin. Onun layiqli davamçısı Prezident İlham Əliyevə, onun xanımına, ailəsinə anamın, ailəmizin və muğamsevər xalqımızın adından təşəkkür edirəm".