Aktrisa Bleyk Lavli aktyor əri Rayan Reynoldsu ad günü münasibəti ilə qeyri-adi formada təbrik edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa İnstaqram səhifəsində ərinin həmkarı Rayan Qoslinqlə birgə çəkilmiş fotosunu yerləşdirərək "Ad günün mübarək, əzizim yazıb.
Maraqlısı odur ki, şəkildə Lavli Reynolds olan hissəni kəsib. Bu yolla o, Rayandan qisas almış olub.
Belə ki, avqustda Reynolds da Bleyki doğum günü münasibəti ilə təbrik edərkən sosial şəbəkədə xanımının kəsilmiş fotosunu yerləşdirmişdi.