Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını zorlamaqda və oğurluq etməkdə təqsirəndirilən 1971-ci il təvəllüdlü Telman Yusubovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə T.Yusubov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Biləcəri qəsəbəsində yaşayan 1971-ci il təvəllüdlü Telman Yusubov evlərində 1940-cı il təvəllüdlü anasına işgəncə verərək zorlayıb. O, sexdən təkər oğurlamağa görə də ittiham edilir.
Təqsirləndirilən T.Yusubov bundan öncə də dəfələrlə məhkum olunub. Belə ki, 1996-cı ildə 5 il azadlıqdan məhrum edilib. 2003-cü ildə narkotika görə 1 il 6 ay, 2009-cu ildə oğurluğa görə 4 il cəza alıb. 2013-cü ilin mayında azadlığa çıxıb, o vaxtdan da 202 saylı marşrut avtobusunda sürücü işləyib. Həmin müddətdə də Biləcəridə anası ilə yaşayıb.