C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının işdən azad olunan aktyoru Əjdər Zeynalovla bağlı prezident İlham Əliyevə müraciət olunub.
Unikal.org APA-yaa istinadən xəbər verir ki, mədəniyyət və incəsənət xadimləri, elmi müəssisələrin nümayəndələri və jurnalistlərdən ibarət 30 nəfərin imza atdığı müraciətdə qeyd olunub ki, İftixar Piriyevin teatra rəhbərlik etdiyi müddət ərazində xalq artistləri Elmira İsmayılova, Tamilla Abdullayeva, əməkdar artistlər Vidadi Əliyev, Dilarə Əliyeva, Tünzalə Əliyeva, rejissor Anar Sadıqov, aktyorlar Mehman Piriyev, Rəşad Səfərov, Midhət Aydın, Ramil Məmmədov, Rada Nəsibova, Samir Bayramlı, Emin Seyfullayev, Elçin Nəcəfov, Elşən Mehdizadə, Səadət Həsənalıyeva, Xəqani Əliyev, Emin Sevdiməliyev, Zəka Ziya, Tutu Əliyeva, Könül Əbilova, Samirə Hacıyeva, Mərahim Nəsibov, Ruhiyyə Yəhyayeva və başqaları teatrı tərk ediblər.
Müraciətdə o da bildirilib ki, İftixar Piriyevin teatrın yaradıcı kollektivi ilə sərt davranışı və münasibətləri şəxsi qərəzlik üstündə qurması nəticəsində teatrın aparıcı aktyoru Əjdər Zeynalov da uydurma və saxta ittihamla işdən azad edilib.
Məsələ ilə bağlı teatrın direktoru İftixar Piriyev bildirib ki, Əjdər Zeynalov əmək intizamını dəfələrlə kobud şəkildə pozub: "Rəhbərlik onu dəfələrlə intizama dəvət edib. Amma o, bunu qulaqardına vurub. Qəsdən, bilərəkdən intizamı pozub. Buna dair məlumatlar, aktlar hamısı qanuni şəkildədir. Hətta bu yay Əjdər Zeynalov kollektivin və teatrın nüfuzunu aşağı salmaq məqsədilə dəfələrlə Ənvər Börüsoy kimilərə qoşulub teatrı nüfuzdan salacaq addımlar atıb. Məsələn, heç bir əsası olmayan müsahibələr verib. Onun ölkə başçısına və Mədəniyyət və Turizm Nazirliyinə müraciəti olub. Nazirlik onun şikayətinə əsasən teatrda monitorinq keçirib. Monitorinqdə göstərdiyi arqumentlərin heç biri təsdiqini tapmayıb. Biz dəfələrlə çağırış etdik ki, Əjdər Zeynalov bu əməllərdən əl çəksin. Daha sonra kollektivin 30 nəfərdən ibarət qrupu Əjdər Zeynalova sosial şəbəkələr vasitəsi ilə müraciət etdi ki, teatrı nüfuzdan salacaq hərəkətlər etməsin. Amma o buna da məhəl qoymadı.
İftixar Piriyev əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi bir müddət əvvəl ona töhmət elan edib: "Məhz Əjdər və Əjdər kimi əməkdaşların başqa yerdə işləmələrinə şərait yaradıldığına görə, davamiyyət kitabında onların imzaları olmadığına görə mənə töhmət verilmişdi. İftixar Piriyev kimi insanlar mədəniyyətdən uzaqlaşmalıdırlar. O uzaqlaşsa, bəlkə İrəvan Teatrı ağ gün gördü. Bizə üç dörd adamın qabağında şeir oxutdurur. Ayıbdır axı. Biz uşaq deyilik. Dərnəkdə, xalq teatrında uşaqlara şeir söylətdirərlər. Biz professional aktyorlarıq.
"Ölkə başçısına müraciət mənim sənət yoldaşlarımın təşəbbüsü idi. Mən də etiraz etmədim. İşdən qeyri-qanuni çıxarılmağımla bağlı isə məhkəməyə müraciət etmişəm. Bunu isə işdən azad olunan Əjdər Zeynalov deyib. O, bildirib ki, Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işdən xaric edilib: "Guya mənim peşəkarlıq səviyyəm aşağıdır, işdə əmək intizamını pozmuşam. İftixar Piriyevin məni hansı əsasla işdən çıxarmağını kimə göstərirəm, gülürlər ki, o qanunları bilmir.
Mənə deyir ki, "əcəb edirəm, get kimə istəyirsən, şikayət et". Direktor belə danışar?.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov isə bildirib ki, Teatrda baş verənlərlə bağlı nazirlik məlumatlıdır: "Nazirlik tərəfindən bir müddət əvvəl Teatrda yoxlama aparılıb. Yoxlamanın nəticə olaraq teatrın rəhbəri İftixar Piriyevə töhmət verilib. Səbəb kimi onun əməkdaşların davamiyyətinə nəzarət edə bilməməsi göstərilib. Teatrın direktor müavini Həsən Həsənov isə öz ərizəsi ilə işdən azad olunub.