Türkiyənin məşhur müğənnisi və aktyoru Əmrah ifaçılıq sənətindən uzaqlaşır.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda "Aşk və mavi serialı ilə ekranlara qayıdan Əmrah müğənnilik və aktyorluq peşəsi ilə vidalaşdığını elan edib.
Bu barədə ifaçının meneceri xəbər yayıb: "36 ildir ki, işləyir. Artıq 50 yaşına çatıb. Daha bəsdir. Sezonun axırı çalışdığı şirkətlə müqaviləsi bitir. Xaricə köçəcək. "İkincisi yok adlı konsertindən sonra səhnə ilə vidalaşacaq.