Bu gün ARB-də "Səhər-Səhər" verilişinin qonağı Namiq Qaraçuxurlu olub.
Unikal.org xəbər verir ki, verilişin aparıcısı Elgizin Namiqə ünvanladığı "Namiq bugünkü uğurlarına görə Aygün Kazımovaya, yoxsa Könül Kərimovaya borcludur?" sualına maraqlı cavab verib:
"Bütün musiqiçilərin tanıdığı Muğamat Əzizov var. Muğamat Əzizov "Rəvayət" klipimlə məni Azərbaycanda, ölkəmizdən kənarda tanıdan ən böyük uğur, odur. "Rəvayət" mahnı kimi var idi, Muğamat mənə müraciə etdi ki, "Gəl buna klip çəkək". Mən Muğamatdan çox şey öyrəndim. Musiqi aləmindəki biclikləri ondan öyrəndim. Əsas təşəkkür Muğamata düşür. Çünki ilk addımda o mənə dəstək oldu. Maliyə tərəfini də özüm həll etmişəm. Toylara gedirdim, qazanırdım. Artıq maşınım da var idi. Sonra "Papanın gül balası", Könülə qədər onu oxumuşdum. Könüllə, Aygün xanımla duetimiz də çox uğurlu alındı".