Xidməti pasportu olan Azərbaycan vətəndaşları Avropanın bu ölkəsinə vizasız gedə biləcək.
Unikal.org xəbər verir ki, bundan sonra Azərbaycan vətəndaşları Litva Respublikasına vizasız səyahət edə biləcəklər. Bu, yalnız xidməti pasportlarına sahib olan vətəndaşlara şamil olunur.
Bu barədə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə Feysbuk səhifəsində məlumat yayıb. H. Məmmədzadə məsələyə belə şərh verib: "Uzun müzakirələrdən sonra nəhayət müqavilə imzalandı. Xidməti passport daşıyıcıları bundan sonra Litvaya səyahət də biləcəklər.