"3+3" formatında növbəti görüş ya İrəvanda, ya da Bakıda baş tutmalıdır".

"Unikal" xəbər verir ki, bunu İranın İRNA agentliyinə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

"Hesab edirəm ki, biz indi Ermənistan və Azərbaycan arasında münasibətlərdə yeni bir dövrə qədəm qoyuruq. Azərbaycanla əsas razılaşmalarımızdan biri ölkələrin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə tam qarşılıqlı hörmətlə regionda nəqliyyat marşrutlarının açılmasıdır. Praktikada bu, Ermənistan və İran arasında dəmir yolu əməkdaşlığı, o cümlədən Naxçıvan-Culfa xətti üçün yeni imkanlar açacaq ki, bu da İranın Ermənistana və son nəticədə Qara dənizə çıxışını təmin edəcək".

Xarici işlər nazirinin müavini Ermənistanın "3+3" formatı kimi regional mexanizmlərin gələcək roluna münasibəti ilə bağlı sualı da cavablandırıb.

"Biz inanırıq ki, 3+3 formatı regional layihələrin müzakirəsi üçün uyğun platforma yarada bilər. Nazirlərin son bəyanatına görə, növbəti görüş ya İrəvanda, ya da Bakıda baş tutmalıdır və biz Azərbaycan tərəfi ilə də ikitərəfli məsləhətləşmələr planlaşdırırıq", - Vahan Kostanyan bildirib.