Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisindəki daş karxanalarının yerin təkindən qanunsuz istifadəsinə görə polisə müraciət edib.
Unikal.org xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
Qeyd olunub ki, həmin daş karxanalarının əməlləri cinayət tərkibi yaratdığı üçün polisə müraciət edilib: "Müraciət qum-çınqıl daşınması və daş karxanalarının qanunsuz istifadəsi ilə bağlıdır. Bununla bağlı 5 iş artıq araşdırılmaq üçün polisə təqdim olunub".
Nazirlikdən deyilib ki, 2015-ci ildə qurum yerin təkindən qanunsuz istifadəyə görə prokurorluğa 22 iş göndərib