Türkiyənin məşhur müğənnisi Sərdar Ortacın 23 yaşlı həyat yoldaşı model Chloe Loughnan ailəsi barədə yayılan söz-söhbətlərə münasibət bildirib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, xanımı Sərdarla çox xoşbəxt olduğunu müsahibəsində bildirib:
Model Türkiyə öyrəşməsi barədə də bu sözləri deyib:
Mən ilk illərdə çətinlik çəkirdim. Ancaq Türkiyə indi mənim evimdir. İrlandiya çox rahat və azad bir ölkədir. Həyat yoldaşı ya da ər və arvad bir-birlərini nəyəsə məcbur edə bilməzlər. Küçədə istədiyiniz kimi geyinmək və gəzmək olar. Türkiyənin öz qaydaları var. Amma tezliklə bura uyğunlaşdım.
Chloe Loughnan həyat yoldaşınızdan niyə uşaq dünyaya gətirmirsiniz sualına isə belə cavab verib:
Hazırda çox təəssüf edirəm ki, ailəmizlə bağlı əsassız xəbərlər yayılır. Xüsusən bu mövzuda. Mən ərimi sevirəm. Allah uşaqlar haqqında bilir. Doğru vaxt gəldiyi zaman əlbəttə övladımız da olacaq. Mənim həyat yoldaşımın sağlamlığı mənə uşaq verməyə maneə törətmir. Birincisi, bir az daha çox səyahət, dincəlmək istəyirik. Bundan sonara uşağımız dünyaya gələcək.
Müğnninin xanımı aralarında yaş fərqinin əlaqələrinə təsiri barədə də danışıb:
Sərdar 20 yaşında olsaydı, bəlkə də mənimlə evlenmezdi. Allah hər şeyin doğru zamanını bilir. Sərdarın 47 yaşında olmasına baxmayaraq enerjisi onsuz da məndən daha yüksəkdir. Bəzən onunla eyni olmağa çalışıram. Sərdar mənə hər şey verir. (gülür)
Model ərinin ona xəyanət etməsindən qorxmadığını da dilə gətirib:
Məni aldadacağını düşünmürəm. Mən hər şeyi düşünərək evləndim. Onsuz da məni aldatması üçün onu məndən daha çox sevəcək birisini tapmalıdır. Əgər onu tapa bilərsə qoy etsin. O, məndən onu daha çox sevən bir insanı tapa bilməz. Mən əminəm ki, ərim belə bir şey etməyəcək.