Qız atası" serialında rol alan aparıcı Xəyalə Quliyeva "ATV kulis"in qonağı olub.
Unikal.org-un məlumatına görə, Xəyalə serialda anası obrazını canlandıran aparıcı Mətanət Əliverdiyevadan danışıb. O bildirib ki, çəkiliş zamanı aparıcının onları vurması səhnələri gerçəkdir:
"Mətanət doğrudan da bizi döyür. Başqa cür alınmır. Qolumuz qızarır, vurduğu yer göyərir".
Xəyalə aparıcılığından danışıb:
"Aktrisalıq çətindir, mənə aparıcılıq doğmadır. Bir ildir aparıcılığa ara vermişəm. Yenidən başlamaq istəyirəm. Məni "Çəkiram ha" tanıtdı. O, veriliş üçün darıxıram".