Dünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında saxlanılan Elşad Əliyevin (Xose) belə hərəkət etməsinin əsl səbəbi məlum olub.
Unikal.org xeberci.az-a istinadən xəbər verir ki, Elşad Xose keçmiş həyat yoldaşına qısqanclıq zəminində xəsarət yetirib. Məlumata əsasən E. Xose həmin zaman özündə olmayıb. Hələ də ər-arvad münasibətləri davam edən cütlüyün mübahisəsi Oksana Rəsulovanın yaşadığı evdə başlayıb. Elşad Xose də ifadəsində Oksana Rəsulovaya xətər yetirdiyini etiraf edib. İstintaq hələ də davam edir, məhz bu səbəbə görə də, məsələ barədə ətraflı məlumat verə bilmirik. Baş verən xoşagəlməz hadisə ilə bağlı Oksana Rəsulova heç nə danışmaq istəmir. Ancaq Elşad Xose ümumiyyətlə deyilənləri inkar edir. Baxmayaraq ki, DİN-nin məlumatında belə Elşad Əliyevin dünən gecə saxlanılaraq istintaqa cəlb olunması faktı təsdiqini tapıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Ancaq şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.
Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir".