Türkiyənin tanınmış aktrisası Merve Boluğur film və serial çəkilişlərinə ara verib. Buna səbəb onun sürətlə arıqlaması olub. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki,  vəziyyətinin yaxşı olmadığını görən sənətçi həkimə müraciət edib. Həkim isə yuxu pozğunluğunun olduğunu deyib ona bəzi qadağalar qoyub. Həmin qadağalar sırasında film və serial çəkilişlərindən uzaq durmaq da var: 

"Çəkilişlərin uzun çəkməsi sağlamlığına daha da zərər verəcək".

Qeyd edək ki, aktrisa tanınmış müğənni Murat Dalkılıçdan yeni boşanıb.