Məşhur müğənninin hazırki vəziyyəti sevənlərini üzüb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Ayna" qrupunun solistlərindən olan müğənni Erhan Güleryüzün son halı hər kəsi təəccübləndirib.
Qrup üzvlərindən biri, dostu Cemil Özeren xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra (2012-ci il) musiqi dünyasından uzaqlaşan 51 yaşlı ifaçı spirtli içki aludəçisi olub.
İki xanımla gecə saatlarında restoranda görüntülənən E.Güleryüz fotokameraları görən zaman üzünü gizlətməyə çalışıb.