Türkiyənin tanınmış aparıcısı Ece Erkenin adı uzun müddətdir evli olan iş adamı Nazım Torbaoğlu ilə hallanır. Ancaq aparıcı hər dəfə münasibəti inkar edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı ötən gün "Zorlu Raffes Oteldə həmin biznesmenlə görüşüb. Onların görüş anından çəkilən səmimi fotosu tez zamanda sosial şəbəkədə paylaşılıb.
Ece Erken həmin fotoyla bağlı açıqlama verib:
"Şəkli biz otelin lobbisində oturarkən çəkiblər. Çəkən bir qadındır. Jurnalistlər bizi çəksələr başa düşərəm, amma başqa insanların bunu etməsi doğru iş deyil. Çox acizdirlər. Həmin qadına qarşı dava açacağam.