Əməkdar artist Dilarə Əliyevaya həyat yoldaşı , "SOY" prodakşının rəhbəri Oqtay Əliyev ad günü hədiyyəsi edib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, o, aktrisaya İstanbulda ev alıb.
Bu haqda ssenarist Fariz Əliyev İnstaqramda yazıb.
O, İstanbulda restoranda çəkilən və D.Əliyeva, O.Əliyev, qızları Aytən və Banunun da yer aldığı şəkli paylaşaraq bunları qeyd edib:
"Oqtay müəllim xanımının ad günündə ona İstanbulda ev hədiyyə etdi. Xeyirli olsun! Şadlıqlara yığışaq! İstanbulda balıq yeyib "evi yumaq başqa ləzzətdir!.
Aktyor İslam Mehrəliyev və Dilarənin qardaşı Vüsal Murtuzəliyev də aktrisanı bu münasibətlə təbrik ediblər.