"Səs Azərbaycan musiqi yarışmasının finalisti Aila Rai bu dəfə "O səs Türkiyə yarışmasına qatılıb.

Unikal.org xəbər verir ki, həmyerlimiz ingilis dilində "Mamma knows best mahnısını səsləndirib. Onun çıxışını 4 münsif də bəyənib.

Aila daha sonra Beyonsun repertuarına müraciət edərək "Listen bəstəsini səsləndirib.

İştirakçı yarışmaya Yıldız Tilbe ilə davam etmək istədiyini bildirib.