Müğənni Günay İbrahimli bir müddət əvvəl Qazaxıstanda keçirilən "Star of Asia musiqi festivalına dəvət olunduğunu deyib.
Unikal.org-un məlumatına görə, festivala Günayla yanaşı Azərbaycandan əməkdar artist Röya Ayxan və prodüser Tarix Əliyev (Tolik) də dəvət olunub. Amma sonra konsertdə yalnız Röya yer alıb.
Günay "ATV maqazin onlarla verilişində festivala getməməsinin səbəbini açıqlayıb. Sənətçi qəsdən konsertdən uzaqlaşdırıldığını iddia edib:
"Bunu Tolik danışmışdı. Mənə dedi ki, iki ifaçı istəyiblər, biri də mən idim. Mən o konsertdə var idim. Özləri istəmişdi, amma sonra bilmirəm, nə oldusa, yox oldum. Festivala az qalmış zəng vurdular ki, Günay yoxdur. İnsanlara yaxşılıq etməyi xoşlayıram, o prinsiplə də yaşayıram. Kimsə mənə pislik edib əhval-ruhiyəmi poza bilməz. Məndən qorxurlar, çəkinirlər. Əvvəlki şıltaq Günay deyiləm, bəlkə böyümüşəm. Hamı ilə yaxşıyam, hamını yola verirəm.
İbrahimli şou-biznesdə heç kimlə dostluq etmədiyini söyləyib:
"Başqa sahənin insanları ilə dostluq edirəm. Zamanında çox dostluq edib, yanılmışam. Davaların olmaması üçün kənara çəkilmişəm. Şəxsi həyatımda olan insan ən yaxşı dostumdur. Ona görə heç kim mənə nəsə deyə bilməz, ondan çəkinirlər. Dostum, sevgilim, can yoldaşım yanımdadır.