Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.

Unikal.org-un xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Özbəkistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Abdulla Aripovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar