Müğənni Fədayə Laçının həbs olunması ilə bağlı xəbərlər yayılıb.
Unikal.org bildirir ki, Yenicag.az saytına açıqlama verən müğənninin bacısı İlahə Fəda məlumatı təkzib edib.
"Bu xəbər yalandır. Fədayə hazırda Xaçmazdadır. Anam xəbəri eşidən kimi ürəyi getdi, hazırda onun həkimə aparırıq. Anama bir şey olsa, xəbəri yayan saytı məhkəməyə verəcəyik.
Qeyd edək ki, müğənninin həbs xəbərini APA saytı yayıb.