Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında 19 məsələ bir paketdə müzakirəyə çıxarılaraq qəbul olunub.

Unikal.org "Report"a istinadən verdiyi xəbərə görə, bunlar Əmək Məcəlləsi, "Diplomatik xidmət haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Geodeziya və kartoqrafiya haqqında", "Heyvanlar aləmi haqqında", "Müdafiə haqqında", "Muzeylər haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Rəsmi statistika haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Sərhəd qoşunları haqqında", "Təhsil haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Yaşayış minimumu haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə" və "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi ilə bağlı layihələrdir. Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, dəyişiklik layihələri uyğunlaşdırma xarakterlidir.

Layihələr müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Hazırda Milli Məclisin plebar iclası davam edir.