"Enerji əməkdaşlığı Rusiya, Azərbaycan və İran prezidentlərinin noyabrın 1-də Tehranda keçiriləcək görüşündə müzakirə olunacaq mövzulardan biridir".
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, dövlət başçılarının üçtərəfli görüşü ilə yanaşı, bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.