Son vaxtlar şəxsi həyatıyla gündəmə gələn Mustafa Ceceli prezident Ərdoğanın ev sahibliyi etdiyi "29 oktyabr mərasiminə dəvət edilməyib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, doqquz illik evliliyini sonlandırdıqdan sonra Selin İmer ilə nikah masasına oturan Ceceli ötən ilki mərasimdə iştirak etsə də, bu dəfə qonaqlar sırasında olmayıb.

Bu il onun dəvət olunmamağı "Ərdoğan Cecelini sildi kimi fikirlərin ortaya atılmasına səbəb olub.