Azərbaycan prezidentiİlham Əliyevəlcəzairli həmkarı Əbdüləziz Buteflikanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Unikal.org apa-ya istinadən məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və rifah arzulayıram.