Müğənni Samir Piriyev Kamran Həsənli ilə qalmaqalından danışıb.
Unikal.org-un məlumatına görə, "APA TV-nin "Show time verilişinə qonaq olan S.Piriyev K.Həsənli barədə bu sözləri danışıb: "Ehtiyac duydum ki, hüquq-mühafizə orqanlarına müraciət edim və haqqımı tələb edim. Əminəm ki, mən haqlı olan tərəfəm. Kamran Həsənliyə haqqımı halal etmirəm. Fakt üzrə Nərimanov rayonunda cinayət işi başlanıb. İstintaq gedir. İnanıram ki, dövlətimizin qanunları bu hadisəyə doğru-dürüst qiymət verəcək. 115 min dollardan 35 min dolları qaytarıb. 80 min dolları deyir verməyəcəyəm. Çünki səkkiz il bundan qabaq mən evimi satmışam".
Müğənni S.Piriyev bildirib ki, həmkarı Elariz Məmmədoğlu K.Həsənlinin şahidlərindən biri kimi polisə ifadə verib: "Elarizin yadından çıxıb ki, məni evinə dəvət eləmişdi. O vaxt mənə deyirdi ki, sən nahaq yerə bu işə razı olmusan. Səni aldadacaq. Amma indi Kamran tərəfdən danışır. Buradan sizin vasitənizlə ona demək istəyirəm ki, Elariz, mənim sənə heç bir pisliyim dəyməyib. Çünki sən mənim həmkarımsan. Ən azından bitərəf olmalı idin. Mən başa düşürəm ki, Kamran Həsənli 1-2 restoranlarda təşkilat işlərinə baxır. Elarizi də o toylara, proqramlara dəvət eləyir. Amma bunu mən Elarizə yaraşdırmadım. Ən azından bir neçə gün öncə Elarizlə əlaqə saxladım, dedi ki, mənə zəng vurublar, heç yerə getməmişəm. İnanıram ki, bu məsələ hüquq müstəvisində həll olunacaq. Sadəcə bu insanlar özlərinə havadar axtarırlar. Elariz mənə telefonda dedi ki, Samir, Kamrandır da boğulan insan saman çöpündən də yapışır. Bir sözlə Elarizə də haqqımı halal eləmirəm. Çünki mənim ona pisliyim dəyməmişdi.