Türkiyəli aktyor Muhittin Qorxmazın oğlu Cem Qorxmaz özünü öldürüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə barədə məlumatı komediya ustası Cem Yılmazın qardaşı Can Yılmaz Tvitterdə paylaşıb:

İntiharın səbəbi bilinmir. Araşdırma aparılır.

Qeyd edək ki, 30 yaşlı Cem Qorxmaz atası kimi aktyor idi. O, bir sıra film və seriallarda (A.R.O.G, "Recep İvedik 4, "Bizim ev və.s) rol alıb. Son zamanlarda isə "YouTubeda bir neçə kanalda aparıcılıq edib.