Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbər insult keçirib.
Unikal.org xəbər verir ki, bu barədə əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, bəstəkarın səhər saatlarında vəziyyəti ağırlaşıb və ağır insult keçirib.
T. Əkbər təcili olaraq 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə aparılıb.