Space TV-də yayımlanan "Hər gün verilişində son zamanlıar gündəmi zəbt edən müğənni Fədayə Laçın və "Qoca ləqəbli avtoritet Etibar Məmmədovun məhəbbətindən bəhs edən sujet yayımlanıb.

Unikal.org xəbər verir ki, kadrlarda sənətçinin 2015-ci ildə Mikayıl Gülədinoğlunun aparıcılıq etdiyi "Məhəbbət əhvalatları proqramda söylədiyi fikirlər əks olunub.

"Bizi dəmir barmaqlıqlar ayırdı. O, getdi həbsxanalara, zindanlara düşdü. Heç bir zaman qovuşmadıq. O bir dəfə xəstəxanada yatırdı. Onun yanına gedib-gəlirdim. Meylimdən keçdi ki, yanında qalım. Buna icazə verdi. Ən xoşbəxt günlərimi xəstəxanada yaşadım.

F. Laçın daha sonra göz yaşlarını saxlaya bilməyib.

Daha sonra layihənin aparıcısı Mikayıl Gülədinoğlu da açıqlama verib. O, Fədayənin böyük bir sevgi yaşadığını bildirib:

"2015-ci ildə Fədayə xanım verilişimdə qonaq oldu. Amma şəxsin adı çəkilməyib. Böyük bir sevgi yaşadığını vurğuladı.