Əməkdar artist Elza Seyidcahan 2015-ci ildə "Bu şəhərdə komandasını onu parodiya etdikləri üçün məhkəməyə verəcəyi ilə bağlı açıqlamasına aydınlıq gətirib.
Unikal.org-un məlumatına görə, "Hər şey daxilin qonağı olan sənətçi bunun əslində şou olduğunu deyib:
"Mən o zaman aktrisalıq etmişdim. Müşfiq konsert qabağı mənə dedi ki, sən bizi yıx, sürü. Mən də danışmağa başladım. Dedi, bir az da kobud danış. O zaman da məhkəməni dedim. Yəni, bu, şounun bir hissəsi idi. Biz bir zarafat səhnəciyi qurmuşduq. Mən öz aktrisalığımla hamını inandıra bilmişdim.(axsam.az)