Qaraciyər insan orqanizminin vacib əhəmiyyət kəsb edən daxili orqanlarından biri, bəlkə də birincisidir. Orqanizmə dəyən zərər sözsüz ki, qaraciyərə də ziyan vermədən keçmir. Elə isə qaraciyərimizi necə qoruyaq? Aile.lent.az qaraciyəri təmizləyən və yenilənməsini təmin edən 8 qidadan bəhs edəcək.

Limon suyu

Hər gün qaraciyərinizi təmizləmək və həzmi artırmaq üçün ilıq su ilə limon suyu için. Bir stəkan limonlu ilıq su boş mədəyə içildikdə qaraciyərdəki toksinlərin sıradan çıxmasına kömək olur. Maddələr mübadiləsini yaxşılaşdırır, sağlam həzmi dəstəkləyir və qəbizliyin qarşısını alır.

Avokado

Avokado dünyada sağlamlıq və gözəllik üçün istifadə edilən meyvə kimi tanınır. Ən əsası qaraciyəri də qoruyur. Yaponiyada aparılan araşdırmalardan biri sübut edib ki, avokadonun qaraciyəri bir çox toksinlərdən qoruma gücünə malikdir.

Zərdəçal

Zərdəçal iltihabın qarşısını alan ədviyyatdır. Həm xərçəngin qarşısını alır, həm də qaraciyəri qoruyur. Bu ədviyyat qaraciyəri təmizləməklə yanaşı, maddələr mübadiləsini tənzimləyir.

Bol su üçün

Qaraciyəri təmizləmənin ən yaxşı yollarından biri gündə 6-8 stəkan su içməkdir. Bu, həmçinin böyrəklərin təmizlənməsinə və çəki azalmasına da kömək edir. Bədən hər zaman nəmli qalmalıdır, bunu təmin etmək üçün ən yaxşı yol isə bol su içməkdir. Su içməyin bir çox faydası var və su qaraciyəri təmizləmək üçün ən əhəmiyyətli yollardan biridir.

İşlənmiş yeməklərdən uzaq durun

Emal olunmuş un, şəkər və digər məhsullardan qaçın. Çünki qaraciyər bunları birbaşa yağa və xolesterola çevirir. Yağ qarın, qıç, kürək, ombalar və digər bölgələrdə toplana bilər. Yüksək dərəcəli triqliseridlər isə eyni zamanda ürək narahatlıqlarına da yol aça bilər.

Sarımsaq

Bir diş sarımsaq tibbi xüsusiyyətlərə malikdir. Məsələn, immunitet sistemini gücləndirir, bədəni bakteriya və viruslara qarşı qoruyur. Sarımsaq həmçinin sulfid ehtiva edir. Bununla da qaraciyərin funksiyasına kömək olan fermentlərin istehsalında əvəzsiz vasitədir.

Brüssel kələmi

Brüssel kələminə bir çox qidalanma proqramında üstünlük verilir. Bununla yanaşı, sağlamlığa faydalı bir çox xüsusiyyətlərə də malikdir. Ehtiva etdiyi ən əhəmiyyətli maddə sulfidlərdir. Bu maddə bədəndən zərərli kimyəvi maddələrin və toksinlərin atılmasına kömək olar.

Yaşıl çay

Qaraciyəri təmizləmək üçün yaşıl çayın möcüzə bir bitki olduğu sübut edilib. Bundan başqa, spirtli içkilər kimi pis vərdişlərin yaratdığı fəsadlar, şişlər və hepatitdən qorunmaq üçün möcüzədir. Tərkibindəki kateşin təbii olaraq xərçənglə mübarizə aparır və qaraciyərdə yığılan yağların həll edilməsinə kömək olur.