Azərbaycan prezidenti İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, 2017-ci il noyabrın 1-dən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərin aylıq vəzifə maaşlarına 500 manat məbləğində Azərbaycan prezidentinin əlavəsi müəyyən edilib.
Nazirlər Kabinetinə tapşırılıb ki, "Mədəniyyət haqqında 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli qanunun tətbiqi barədə Azərbaycan prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli fərmanının 2.2-ci bəndinə əsasən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına "Akademik statusunun verilməsi barədə qərarını 2017-ci il noyabrın 1-dən tətbiq etsin.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.