İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, 1983-cü il təvəllüdlü Haldun Hacıyev dələduzluqda təqsirləndirilir.

H.Hacıyev barəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. O, istintaqdan yayınıb.

Məhkəmə H.Hacıyev barəsində həbs qətimkan tədbiri seçib və onun tutularaq istintaqa təhvil verilməsi barədə qərar çıxarıb.

İnterpol həmin qərar əsasında H.Hacıyev barəsində beynəlxalq axtarış elan edib.