Müğənni Sevda Yahyayeva "Altın Kələbək Ödülləri" gecəsində fotokameramıza tuş gəlib.
Unikal.org Axşam.az-a istinadən məlumatına görə, sənətçi tamaşaçılar arasında yer alıb. O, gecədə yer alan əməkdar artist Röya Ayxan, müğənnilər Nigar Camal və Miri Yusifi dinləməyə gəldiyini bildirib.
Sevdanın yeni görünüşü də diqqətdən qaçmayıb. Belə ki, bir müddət əvvəl saçlarını uzadan, buruq edən və tünd rəngə boyatdıran müğənni onları dəyişib. Yahyayeva saçlarını bir az açıq rəngə boyatdırıb, düzləşdirib.