Dövlət Təhlükəsizlik Xidmətinin araşdırmaları nəticəsində Azərbaycan Respublikası vətəndaşlarını ölkədən çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Sultanov Miryusif Mirmahmud oğlu saxlanılıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, M.Sultanov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.