Bakı sakini avtomobilinə vurulmuş ziyanla bağlı polisə müraciət edib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsinə müraciət edən Mehman Musayev adlı şəxs "Range Rover markalı, 90 LE 102 dövlət nömrə nişanlı avtomobilinin təkərlərinin naməlum şəxs və ya şəxslər tərəfindən boşaldıldığını deyib.

Şikayətçinin sözlərinə görə, avtomobilin bəzi hissələri qəsdən cızılıb.

Müraciət əsasında araşdırma aparılır.