"Recep İvedik 4" filmində çəkilən Ece İncəbay yeni görünüşü ilə hər kəsi təəccübləndirib.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, filmdə artıq çəkisi ilə diqqət çəkən Ece hazırda 38 kiloqram arıqlayıb.
27 yaşlı qız iki il əvvəl getdiyi tətildə çəkdirdiyi fotolara baxınca mədə əməliyyatı keçirməyə qərar verib.
Əvvəl 105 kiloqram olan İncəbay bir il ərzində 70 kiloqrama qədər arıqlaya bilib.
Bu barədə danışan aktrisa "Soyadımın haqqını veririəm artıq deyib.