Dağlıq Qarabağda yaralanmış erməni əsgərlərinin Ermənistana aparılması prosesi davam edir.

Unikal.org modern.az-a istinadən xəbər verir ki, son bir neçə gündə İrəvanın hərbi hospitallarına daha 36 yaralı əsgər gətirilib.

Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalından və "Muratsan" hərbi hospitalından yayılan informasiyaya görə, yaralılardan 3 hərbi qulluqçunun vəziyyəti çox ağır, 2 əsgərin vəziyyəti isə ağır dəyərləndirilir.

Digər hərbi qulluqçuların həyatına real təhlükənin olmadığı bildirilir.