"İstanbullu gelin" serialının çəkilişi ilə əlaqədar Praqaya gedən və orada xəstələnib xəstəxanaya düşən Özcan Dənizə diaqnoz qoyulub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimlər aktyorda qulaqdan beyinə gedən sinir uclarında iltihab tapıb.
Həkimlər ona çəkilişlərə ara verməyi tapşırsalar da, lakin Özcan serialla əlaqədar hər gün 10 saat işləyir.
Tez-tez başı gicəllənən və ürəyi bulanan Dəniz üçün çəkiliş meydançasında daim təcili yardım olur.