51 yaşlı dünyaca məşhur aktrisa Salma Hayek səmimi açıqlamalarıyla diqqət çəkib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, aktrisa Antonio Banderasla birlikdə rol aldığı "Desperado filmindəki cəsarətli səhnələrindən danışıb. Salma Hayek Banderasla çəkildiyi açıq-saçıq səhnənin 1 saat planlaşdırıldığını, lakin çəkilişlərin 8 saata qədər davam etdiyini deyib. O etiraf edib ki, ilk dəfə bu cür rolda oynadığı üçün çətinlik çəkib.
Həmçinin Salma Hayekə bədənin hansı bölgəsini 10 il əvvəlki bədəni ilə dəyişdirmək istədiyi soruşulub. O isə "sinəmi" cavabını verib.